Kriştianu Ronaldu terror nəticəsində valideynlərini itirmiş azyaşlı ilə görüşəcək

İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu Livandakı terror aktı nəticəsində valideynlərini itirən 3 yaşlı Haydar Mustafa ilə görüşəcək.
"Report"un məlumatına görə, jurnalist Rəna Hərbi #CristianoMeetHaidar haştaqından istifadə etməklə, Haydar barədə danışıb.
"Real Madrid"in Livan birliyindən bildirilib ki, uşaqla görüşün təşkili üçün İspaniyadan zəng gəlib.
Qeyd edək ki, noyabrın 12-də Beyrutun çoxlu insan yaşayan şəhərətrafı yaşayış məntəqəsində kamikadzelər ikiqat terror aktı törədiblər. Terror nəticəsində 43 nəfər ölüb, 239 nəfərdən çoxu yaralanıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























