"Qəbələ"də ciddi itki: Dodo PAOK-la oyunu buraxacaq

Avropa Liqasının qrup mərhələsində PAOK-la qarşılaşacaq "Qəbələ” Yunanıstana ciddi itki ilə yollanacaq.
Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, komandanın kapitanı Dodo zədə səbəbindən bu görüşü buraxacaq.
Premyer Liqamızın 12-ci turunda "İnter”lə oyunda əzələsi dartılan braziliyalı yarımmüdafiəçi hazırda vətənində müalicə olunur.
Zədədən əziyyət çəkən digər futbolçular – Dmitri Bezotosnı, Sergey Zenyov və Ermin Zets isə komanda ilə məşqlərə qoşulub. Lakin onların noyabrın 26-da PAOK-la görüşdə iştirak edib-etməyəcəyi hələ ki, dəqiqləşməyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















