• $
  • €
  • ₽
  • ₺
  • £

“Qalatasaray”ı çempion edəcəm

“Qalatasaray”ı çempion edəcəm
12.12.2015 13:49
"Çətin olan şeyı etmək daha çox zövq verir. Futbolçularıma çox inanıram”. 

ANS PRESS-in məlumatına görə, bu sözləri "Qalatasaray”ın baş məşqçisi Mustafa Dənizli bildirib. 

Təcrübəli məşqçi "Qalatasaray”la bağlı arzularını dilə gətirib və gələcək planlarından danışıb. 1992-ci ildə "Qalatasaray”dan ayrılan məşqçi bir gün geri dönərək, komandanı Avropa çempionu edəcəyini vurğulayıb.

Bununla bağlı fikirlərini bölüşən Dənizli sözünün üstündə durduğunu qeyd edib: "Məşqçiliyə başlayandan sonra arzum "Qalatasaray”ı Avropada çempion etmək olub. İnşallah, UEFA Avropa Liqası kubokunu bir daha qazanarıq. "Qalatasaray” mövsümü Avropasız keçirə bilməz, keçirməməlidir. Geriyə boylananda görürük ki, Avropada çox uzun yollarımız olub. Bu gün bu yolun başında olacağıq. Biz tempi yavaş-yavaş artıraraq, məqsədə çatmaq istəyən kollektivik. Oyunçularımın "artırması” üçün onlara hər cür imkan yaradacam. Mən və kollektivim bu cür çətin yola öyrəşmişik”

Heyətlə bağlı problemlərinin olduğunu vurğulayan Dənizli rəqib haqda müsbət fikirlər səsləndirib: "Səlçuk İnan və Hakan Baltanın zədələri var. Son yoxlanışdan sonra onların oynayıb-oynamaması ilə bağlı qərar veriləcək.Bizim üçün Avrokubok və Superliqa bir-birindən ayrılmır. Avropada çıxış etmək üçün gərək Türkiyədə uğurlu nəticə qazanasan. Hazırda bizim üçün Avrokubok önəmlidi. Çünki ölkə çempionatı uzun marafondu".

Qeyd edək ki, "Qalatasaray” Avropa Liqasının "play-off" mərhələsində mübarizə aparacaq. Komanda həmçinin Türkiyə çempionluğuna da iddialıdır.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol