"Bavariya"da iki ciddi itki

"Bavariya"nın futbolçuları Frank Riberi və Mehdi Benatia bu ilin sonuna kimi yaşıl meydanlardan uzaq qalacaq.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna səbəb hər iki oyunçunun Çempionlar Liqasının sonuncu turunda "Dinamo"ya (Zaqreb) qarşı matçda zədələnmələridir. Onlar bu il keçiriləcək üç oyunu buraxacaq.
Qeyd edək ki, F.Riberi bundan əvvək mart ayında zədələnmişdi. O, dekabr ayında yenidən matçlarda iştirak etmişdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























