“Ardanın “Barselona”nı tərk etmək fikri yoxdur”

Xarici mətbuatda "Barselona”nın yarımmüdafiəçisi Arda Turanın Çinin "Beyzsin Quoan” klubundan transfer təklifi alması barədə xəbər yayılıb.
Qol.Az-ın məlumatına görə, həmin xəbərlərdə türk oyunçuya 5 mövsün üçün 100 milyon avro təklif edildiyi bildirilib.
Ardanın meneceri Əhməd Bulud isə Türkiyə mətbuatına açıqlamasında bununla bağlı xəbərləri təkzib edib:
"Belə bir təklif yoxdur. Arda "Barselona”nı nə indi, nə də yayda tərk etmək fikrindədir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























