• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan şahmatçıları Bakıdakı Olimpiadaya qatılacaq?

Ermənistan şahmatçıları Bakıdakı Olimpiadaya qatılacaq?
29.05.2020 06:40
 Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü və "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədovun "Report"a müsahibəsi

- Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının vaxtının dəyişdirilməsinə səbəb nə oldu?

- Azərbaycanda 17-30 sentyabrda digər vacib tədbirlər keçirilə bilər. Biz hər ehtimala qarşı tarix üst-üstə düşməsin deyə, ehtiyatlılıq edib Olimpiadanı 1-14 sentyabra dəyişdirdik.

- Söhbət 15 sentyabr Bilik günü ilə bağlı tədbirdən gedir, yoxsa başqa tədbirlər də gözlənilir?

- Azərbaycanda başqa tədbir də ola bilər. Bizdə məlumat vardı ki, digər tədbirlər planlaşdırılır. Dəqiqləşdirmək istəmirəm. Ona görə ki, bu ehtimalı aradan qaldırdıq. Digər tərəfdən, çalışdıq ki, məktəb mövsümü başlayana qədər olimpiada start götürsün və və yekunlaşsın. Məktəb mövsümü problem yaradır.

- Olimpiadada Ermənistan yığmasının iştirakı dəqiqləşib?

- Ermənistan yığmasının Olimpiadada iştirak edib-etməyəcəyi barədə heç bir məlumatımız yoxdur. Bizdə olan məlumata görə, onların iştirak etməmələrinə elə bir səbəb yoxdur.

- Bu Olimpiada əvvəlkilərdən nə ilə fərqlənəcək?

- Onunla fərqlənəcək ki, şəhərin ən gözəl yerlərində, ən gözəl otellərində, ən gözəl meydançalarında olacaq. Bir nömrəli meydançalar, bir nömrəli otellər olacaq. Açılış və bağlanış mərasimləri, Beynəlxalq Şahmat Federasiyasının Konqresi üçün arena tələb olunur.

- Həmin məkanlar müəyyənləşib?

- Bəli müəyyənləşib. Yarışlar Bakı Kristal Zalında, Konqress "Fairmont" otelində olacaq. Açılış və Bağlanış mərasimlərinin məkanı isə müəyyənləşmə ərəfəsindədir.

- Vüqar Həşimovun xatirə turniri bu il keçiriləcək?

- Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi, Olimpiadanın Təşkilar Komitəsi, iki il dalbadal keçirilmiş yarışın təşkilatçıları əllərindən gələni edirlər ki, yarış keçirilsin.

- Yəqin ki, əsas məsələ maliyyə ilə bağlıdır...

- Təbii ki... Yoxsa Azərbaycanda Vüqar Həşimovun xatirəsini yüksək tutmayan adam var? Ehtimal var ki, məsələ müsbət həll olunacaq. Həll olunsa, turnir yenə Şəmkirdə təşkil olunacaq. Başqa məkan axtarışında deyilik.

- Kişilərdən ibarət yığma komandanın kapitanının kim olacağı dəqiqləşib?

- Düşünürəm ki, gələn həftə bu barədə məlumat verəcəyik. Hazırda Aleksandr Xalifmanla əməkdaşlıq davam edir. Yaxın günlərdə onun Bakıya gəlişə gözlənilir. Oturub ilin sonunadək əməkdaşlığı müzakirə edəcəyik.

- Olimpiadada yığmanın kapitanı o ola bilər?

- Hazırda odur.

- Martda AFFA-nın Hesabat Seçki Konfransı olacaq. Namizədliyinizin yenidən irəli sürüləcəyi gözlənilir?

- Bu barədə Konfransa bir neçə gün qalmış cavab verərəm. Hələ ki, bilmirəm.

- Növbəti müddətə seçiləcək AFFA İcraiyyə Komitəsindən nə gözləyirsiniz?

- Azərbaycan futbolunun növbəti müddətə də daha yüksək səviyyədə inkişafını, irəli aparmasını, düzgün seçilmiş rəhbərlik, futbolumuzun son zamanlar artan nüfuzunu, gücünü davam etdirməsini gözləyirəm.

- Bir üzv olaraq, İcraiyyə Komitəsinin ötən müddətdəki fəaliyyəti sizi qane etdimi?

- Hər bir qərara hörmətlə yanaşıram. Əfsuslar olsun ki, Ələkbər Məmmədov dünyasını dəyişdi. Təbii səbəbdən onu itirdik və yerinə başqası gəldi. Mən bütün üzvlərə hörmətlə yanaşıram və bilmirəm yenidən seçiləcəyəmmi, namizədliyim irəli sürüləcəkmi? Yenə deyirəm, bunu Konfransa 2-3 gün qalmış deyə bilərəm.

- Bəs futbol ictimaiyyətində hazırkı AFFA prezidentinə alternativ görürsünüz?

- Şəxsən mən görmürəm, ancaq bütün futbol ictimaiyyətinə cavabdeh deyiləm.

- Söz-söhbətlər vardı ki, ola bilər ki, Elşad Nəsirovun namizədliyi verilsin...

- Mən bunun üçün əsas görmürəm. Elşad Nəsirov vitse-prezident kimi öz işini aparır. Gələcəkdə seçilib-seçilməyəcəyini bilmirəm.

- Gürcüstan Futbol Federasiyasına baş sponsorluq müqaviləsinin uzadılması gündəmdədir?

- Hələlik bu məsələ gündəmimizdə deyil. Düşünürük ki, Gürcüstanda futbol dövlətin köməyilə də inkişaf edə bilər. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol