UEFA-nın yeni baş katibi seçildi

Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın İcraiyyə Komitəsi qurumun yeni baş katibini seçib.
"Report"un məlumatına görə, bundan sonra həmin vəzifəni Teodor Teodoridis icra edəcək.
T.Teodoridis 2008-ci ildən Avropa futbol qurumunda çalışır. O, yeni vəzifəyə seçilənədək baş katibin müavini olub. UEFA-nın növbəti konqresi mayın 3-də keçiriləcək.
Qeyd edək ki, seçkilərin keçirilməsinə səbəb UEFA-nın sabiq baş katibi Canni İnfantinonun FİFA-ya prezident seçilməsidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























