Azərbaycan millisi FİFA reytinqində irəliləyib

Milli komanda 136-cı pillədə qərarlaşıb
FİFA ötən ay üçün milli komandaların reytinqini açıqlayıb.
"Report"un məlumatına görə, Azərbaycan millisi siyahıda bir pillə irəliləyib.
Robert Prosineçkinin rəhbərlik etdiyi komanda 253 xalla 136-cı pillədə qərarlaşıb.
Millinin DÇ-2018-in seçmə qrup mərhələsindəki rəqiblərindən Almaniyanın mövqeyində heç bir dəyişiklik olmayıb. Rəqib komanda 1319 xalla 4-cüdür. Şimali İrlandiya 822 xalla 28-ci, aktivində 768 xal olan Çexiya və 588 xal olan Norveç bir pillə geriləyərək 34 və 50-ci olublar. San Marino isə 20 xalla siyahının sonunda - 200-cü pillədə yer alıb.
Türkiyə yığması isə 915 xalla 19-cudur. Fransada keçirilmiş Avropa çempionatının qalibi Portuqaliyanın mövqeyində heç bir dəyişiklik olmayıb - 1266 xal, 6-cı yer.
Qeyd edək ki, növbəti reytinq siyahısı sentyabrın 15-də açıqlanacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















