Keçmiş dünya çempionu vəfat etdi

Peşəkar boksçular arasında yüngül çəkidə keçmiş dünya çempionu Bobbi Çakon vəfat edib.
"Report"un məlumatına görə, WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə 1974-1975-ci illərdə qalib olmuş boksçu 65 yaşında dünyasını dəyişib.
O, uzun müddət idi boksçuların daha çox məruz qaldığı ensefalopatiyadan (beyinin travmatik xəstəlikləri, kəllənin mexaniki zədələnməsi nəticəsində meydana çıxır, sinir - psixi funksiyaların pozuntuları ilə müşayiət olunur) əziyyət çəkirdi.
Qeyd edək ki, Bobbi Çakon peşəkar boksçu karyerası ərzində keçirdiyi 67 döyüşdən 59-da qalib gəlib. 1988-ci ildə o, boskdan ayrılıb. Bundan bir neçə il sonra tam yoxsullaşan Çakon küçələrdən şüşə qablar toplamaqla dolanıb. Bir müddət sonra ABŞ-ın Kaliforniya ştatının səhiyyə xidməti boksçunun vəziyyətindən xəbər tutaraq, ona qayğı göstərib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























