• $
  • €
  • ₽
  • ₺
  • £

İdman jurnalistləri üçün ixtisaslaşma təlimi keçiriləcək

İdman jurnalistləri üçün ixtisaslaşma təlimi keçiriləcək
21.12.2016 20:23
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə Formula 1 jurnalistikasına dair "Sürətin nəbzini tut!” adlı ikigünlük təlim keçiriləcək.

24-25 yanvar 2017-ci il tarixlərində baş tutacaq təlimdə əsas təlimçi qismində beynəlxalq təcrübəyə malik jurnalist və multimedia mütəxəssisi Dan Mason, qonaq təlimçi qismində isə Formula 1 yarışlarının rusiyalı peşəkar şərhçisi Aleksey Popov çıxış edəcək. Təlimə qeydiyyat 21 dekabr 2016-cı il tarixində başlayacaq və müraciətlərin qəbulu 15 yanvar 2017-ci il tarixinədək davam edəcək.
 
Təlimin keçirilməsində əsas məqsəd azərbaycanlı idman jurnalistlərinə avtoidman sahəsində ixtisaslaşmış beynəlxalq həmkarlarının təcrübəsindən faydalanmağı təmin etməkdir. Bu təlim daim inkişaf edən idman aləmi, xüsusən də Formula 1 haqqında xəbər hazırlamaqla bağlı iştirakçılara zəngin təcrübə qazandıracaqdır.
 
Həmçinin, təlim zamanı Multimedia Layihəsi keçiriləcək və onun çərçivəsində iştirakçılar əldə etdikləri bilik və bacarıqları qrup şəklində nümayiş etdirmək fürsətinə sahib olacaqlar.
 
BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, 2017 Formula 1 Azərbaycan Qran Prisinin Milli Mətbuat Katibi Nigar Arpadarai yerli jurnalistləri bu əvəzolunmaz fürsətdən faydalanmağa dəvət edir:
 
"Biz ötən ildən etibarən Azərbaycanda Formula 1 sahəsində maarifləndirmə işləri istiqamətində var gücümüzlə çalışırıq. İndiyədək idman sahəsi üzrə fəaliyyət göstərən yerli media nümayəndələri ilə dəfələrlə görüşlər keçirmiş, onlarda Formula 1-ə maraq və həvəs aşılamağa, eyni zamanda bu haqda geniş təsəvvür yaratmağa çalışmışıq.
 
Gələn ilin yanvarında baş tutacaq praktiki təlim də məhz yerli jurnalistlərin Formula 1 üzrə daha zəngin bilik və bacarıq qazanmalarına istiqamətlənib. Fürsətdən istifadə edərək idman sahəsində fəaliyyət göstərən və avtoidmana, xüsusən də Formula 1-ə böyük marağı olan bütün jurnalistləri bu təlimə qoşularaq bu əvəzsiz fürsətdən yararlanmağa çağırıram”
 
ADBTİA İxtisasartırma Proqramları Direktoru, rektorun Xarici Əlaqələr üzrə müşaviri Şəms Mustafayeva yeni layihədə tərəfdaş olmaqdan böyük məmnunluğunu bildirib:
 
"Biz Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda Formula 1 jurnalistikasının gələcək inkişafı üçün elmi mühitin yaradılmasında iştirak etməkdən böyük məmnunluq duyuruq. Akademiyada baş tutacaq praktiki təlim iştirakçılara onların idmana və kommunikasiyaya olan həvəsini məhz bu sahə üzrə yüksək səviyyədə reallaşdırmağa imkan yaradacaq.”
 
Qeyd edək ki, təlimi uğurla başa vuran iştirakçılara əməliyyat şirkəti, İdman Akademiyası və Dan Mason Media Şirkəti tərəfindən birgə hazırlanmış diplom təqdim olunacaq.
 
Təlimə yazılmaq istəyən namizədlər bu keçidə daxil olaraq blankı doldurmalı və həmin blankı e-mail vasitəsilə mövzu hissəsində "Formula 1 Jurnalistikası Təlimi” qeyd etməklə [email protected] elektron ünvanına göndərməlidirlər. Qeydiyyat, seçim meyarları və təlimlə əlaqədar digər məlumatlar üçün rəsmi internet səhifəmizə və ya 050 246 44 86 nömrəsinə üz tuta bilərsiniz.
 
Orxan Aslanlı
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol