• $
  • €
  • ₽
  • ₺
  • £

Elxan Məmmədovdan danışılmış oyunlara - Reaksiya

Elxan Məmmədovdan danışılmış oyunlara - Reaksiya
06.12.2017 18:00
"Son günlər Azərbaycan futbolunda diqqəti dərhal cəlb edən proseslər baş verməkdədir. Əlbəttə, bu proseslərdə təəssüfləndiyimiz məqamlar bir xeyli olsa da, futbolumuzun şəffaflığı naminə bu istiqamətdə addımların atılması, işlərin görülməsi vacibdi”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O, qurumun rəsmi saytına açıqlamasında idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı son günlər baş verən proseslər barədə fikirlərini bildirib: "Dünyanın müxtəlif yerlərində idman oyunlarının nəticəsinin manipulyasiyası cəhdlərinə rast gəlinir. Bəzi futbol federasiyaları bununla çox ciddi şəkildə mübarizə aparsa da, müəyyən federasiyalarda aktivlik yüksək səviyyədə olmur. Düşünürəm ki, biz bu neqativ halla çox ciddi şəkildə mübarizə aparmalıyıq və aparırıq. Bu səhədə mütəmadi qaydada UEFA ilə sıx əməkdaşlıq edirik. Oyunların nəticəsinin manipulyasiyası cəhdlərinin yolverilməz olduğunu, AFFA-nın buna qarşı ciddi mübarizə apardığını dəfələrlə assosiasiya rəhbərliyi müxtəlif tədbirlərdə, müxtəlif tribunalarda səsləndirib. AFFA-nın son Konfransında bu məsələ ilə bağlı ictimaiyyətə təfsilatlı təqdimat nümayiş olunub, bütün detallar izah olunub. Müxtəlif maarifləndirici tədbirlər keçirilib. Bu ilin noyabrında AFFA-nın inzibati binasında təşkil olunmuş növbəti tədbirdə prokurorluq təmsilçisi çıxış edərək idman oyunlarının nəticələrinin manipulyasiyasının cinayət tərkibli əməl olduğunu bir daha xüsusui vurğulayıb. Yeri gəlmişkən, bu məsələyə həssas yanaşdığı üçün hökumətimizə minnətdarlığımı bildirirəm. Çox qısa zaman ərzində müvafiq qanun qəbul olundu, Cinayət Məcəlləsinə idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı xüsusi maddə əlavə edildi”.
 
Baş katib ötən mövsüm də bu məsələnin çox ciddi şəkildə diqqət mərkəzində saxlanıldığını qeyd edib: "Birinci Divizionda çıxış edən bir neçə klub, futbolçular, inzibati heyətin üzvləri, hakim sərt şəkildə cəzalandı. Təəssüf ki, bu virus cari mövsümdə özünü Premyer Liqada da büruzə verməyə başladı. İctimaiyyət məlumatlıdır ki, AFFA-nın İntizam Komitəsi iki futbolçu və bir məşqçi barədə çox qəti və kəskin qərar qəbul edib, onlara futbol məşğuliyyəti qadağan olunub. Yeri gəlmişkən, 2016-cı ildə AFFA-nın təşəbbüsü ilə futbol klublarının bütün üzvləri idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak etməyəcəyi və bununla bağlı məlumatı olarsa, müvafiq instansiyaları məlumatlandıracağı ilə əlaqədar öhdəliklərin yer aldığı bəyannaməyə imza atıblar. İntizam Komitəsinin sanksiya tətbiq etdiyi şəxslər də həmin bəyannaməni imzalamışdılar”.
 
Məmmədov bildirib ki, araşdırmalar davam etdiyindən cəzalananların sayı artması istisna deyil: "Qeyd etdiyim kimi, artıq cəzalar var, amma hər şey bununla bitmir. AFFA-nın və məndə olan məlumata görə, hüquq-mühafizə orqanlarının araşdırması davam edir. Sevindirici məqam ondan ibarətdir ki, futbolumuzun şəffaflığını arzulayan şəxslər – klub idarəçiləri, məşqçilər, futbolçular və futbolumuzda bu və ya digər şəkildə təmsil olunan başqa şəxslər araşdırmanın aparılmasına öz yardımını göstərir, bizimlə sıx əməkdaşlıq edir. Fürsətdən istifadə edib həm hüquq-mühafizə orqanlarına, həm də bizim əməkdaşlıq edən futbol ictimaiyyətinin nümayəndələrinə təşəkkür edirəm. Növbəti dəfə bildirirəm ki, AFFA idman oyunlarının nəticələrinin manipulyasiyası cəhdlərini çox kəskin şəkildə pisləyir və Azərbaycan futbolundan bu virusun kökünün kəsilməsi üçün mübarizəni davam etdirəcək”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
İdman 21:51
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
İdman 12:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol