Platini dünya çempionatındakı fırıldağın üstünü açdı

UEFA-nın sabiq prezidenti Mişel Platini 1998-ci ildə Fransada keçirilən dünya çempionatı ilə bağlı maraqlı faktı açıqlayıb.
"Qafqazinfo” "Haberler”ə istinadən xəbər verir ki, o, həmin çempionatda Braziliya və Fransanın finaldan öncə qarşılaşmamaları üçün fırıldaq edildiyini bildirib:
"Püşkatmadan öncə müxtəlif hesablamalar aparılmışdı. Nəticədə Fransa C qrupunda, Braziliya isə A qrupunda yer almışdı. İki komanda da qruplarını lider bitirdi və finaldan öncə qarşılaşmadı”.
Qeyd edək ki, DÇ-1998-də Fransa Braziliyanı 3-0 məğlub edərək dünya çempionu olmuşdu.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























