Türkiyə yığmasının qapıçısı təhqirlərə dözmədi

Türkiyə millisinin “Avro-2016”nın seçmə mərhələsində Qazaxıstanla oyunu öncəsi xoşagəlməz hal yaşanıb.ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, isinmə hərəkəti edən millinin əsas qapıçısı Vokan Dəmirəl bir qrup azarkeş tərəfindən söyüşlərlə təhqir edilib.
Təcrübəli qapıçı azarkeşləri sakitləşdirmək istəsə də, onun cəhdləri nəticə verməyib. Əsəblərini cilovlaya bilməyən qapıçı əvvəlcə paltardəyişmə otağına, oradan isə evinə yollanıb. Onu Volkan Babacan əvəzləyib.
ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















