• $
  • €
  • ₽
  • ₺
  • £

İdmançılarımız Olimpiadaya yola düşdü

İdmançılarımız Olimpiadaya yola düşdü
04.10.2018 18:49
Azərbaycan nümayəndə heyəti Yeniyetmələrin III Yay Olimpiya Oyunları üçün Argentinanın paytaxtı Buenos Ayresə yola düşüb.

Oxu.Az xəbər verir ki, ölkəmiz bu oyunlarda 17 idmançı, ümumilikdə 40-a yaxın nümayəndə heyəti ilə təmsil olunacaq.

İdmançılar gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo, stolüstü tennis idman növlərində mübarizə aparacaq.

Oyunlara idmançılarla yanaşı, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, federasiya nümayəndələri və digər rəsmilər yola düşəcək.

6 oktyabrda keçiriləcək açılış mərasimində öncəki oyunlardan fərqli olaraq, atletlərin paradı keçirilməyəcək. Buenos Ayres 2018 Yeniyetmələrin Olimpya Oyunlarında 206 ölkədən 4012 idmançı iştirak edəcək. Oyunlarda Kosovo və Cənubi Sudan ölkələri ilk dəfə çıxış edəcək.

18 oktyabrda başa çatacaq Olimpiadanın cədvəlinə rəsmi olaraq dörd idman növü əlavə olunub. Bunlar dırmanma, karate, idman rəqsi və təkərli konkisürmə idman növləridir. Buenos Ayresdə iştirak edəcək idmançılar 15-18 yaş kateqoriyasına daxildir və bu oyunlar gender bərabərliyinin qorunması ilə fərqlənib.

Azərbaycanı təmsil edən atletlər bunlardır: Səməd Məmmədli (idman gimnastikası), Yelizaveta Luzan (bədii gimnastika), Nicat Həsənov, Nurlan Səfərov (hər ikisi boks), Vüqar Talıbov, Vüsalə Kərimova (hər ikisi cüdo), Lalə Rzazadə, Tamerxan Babayev (hər ikisi ağırlıqqaldırma), Ninq Jinq, Yu Şinbanq (hər ikisi stolüstü tennis), Rüstəm Məmmədov (atletika/üç təkanla tullanma), Fəxriyyə Tağızadə (atletika/qaçış), Cavad Ağayev, Minayə Əkbərova (hər ikisi taekvondo), Şəhanə Nəzərova, Turan Bayramov (hər ikisi sərbəst güləş), Fatimə Alkərəmova (üzgüçülük).

Qeyd edək ki, Azərbaycan I Yay Olimpiya Oyunlarında səkkiz medalla (beş qızıl, üç gümüş) komanda hesabında XI, ikinci dəfə təşkil edilən Oyunlarda isə 12 medalla (beş qızıl, altı gümüş və bir bürünc) X yeri tutub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
İdman 12:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol