• $
  • €
  • ₽
  • ₺
  • £

Berti Foqts: “Azərbaycan yığmasında gələcəyim ola bilməz”

Berti Foqts: “Azərbaycan yığmasında gələcəyim ola bilməz”
14.10.2014 09:16
“Xorvatiya millisini təbrik edirəm. Hesab oyuna görə oldu. Bir komanda sona qədər mübarizə aparır, digəri isə buna fiziki baxımdan hazır deyildi”. Apasport.az saytının Xorvatiyaya ezam olunan əməkdaşının xəbərinə görə, bu sözlər Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa məxsusdu. Yığmamız az öncə 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində Xorvatiya ilə qarşılaşdı. Osiyek şəhərində baş tutan görüşdə qapısından 6 cavabsız top buraxan komandamızın almaniyalı çalışdırıcısı oyundan sonra təşkil olunan mətbuat konfransında biabırçı məğlubiyyətin səbəblərini açıqlayıb. “Komandam 3 gündən bir oynaya bilmir. Klublar Avroliqada oynadıqdan sonra fasilə edirlər. Bu da yığma üzvlərinə təsir göstərir. Menecerim AFFA ilə əlaqə saxlayacaq. Belə şərtlərlə mənim Azərbaycan yığmasında gələcəyim ola bilməz” – deyə, Foqts bildirib. - Xorvatiyalı jurnalistlər 5 müdafiəçi ilə oynadığımıza görə bizə gülürdülər. Bu qədər ultramüdafiə nəyə lazım idi?- Yəqin ki, xorvatiyalı jurnalistlər dünya çempionatına baxmayıblar.- Cinahlarda Xorvatiya yığması çox güclü idi. Siz isə onlara qarşı oynaya bilmədiniz...- Futbolçulara cinahlarda rəqibə qarşı yaxın oynamağı tapşırmışdım. Təəssüf ki, biz passiv müdafiə olunduq. Bizdə rəqibə yaxın oynamağa son dəqiqələrə kimi güc qalmır. Ona görə də bu alınmır.- Siz özünüzdə günah görmürsünüzmü?- Artıq 20-ci dəqiqədən sonra bizdə güc qalmamışdı. Biz azərbaycanlı futbolçuların yaxşı oynadığını görmüşük. Amma bu gün alınmadı. Mən bu gün futbolçulardan az səhv etmişəm. - Sonuncu mətbuat konfransında demişdiniz ki, 6-7 il əvvəl İtaliyaya 0:6 hesabı ilə yenilərdik. Bu məntiqlə Xorvatiyaya 6-7 il əvvəl 10:0 hesabı ilə uduzardıq.- Əgər 6 il əvvəl 2 oyun arasında 3 gün fərq olsaydı, yəqin ki belə olacaqdı. - Mahir Şükürovla Vaqif Cavadov bu oyunda kimdən əskik idi?

- Bu suala cavab vermək istəmirəm. Onlar Italiyaya qarşı bəlkə oynayardılar, amma bu matçda yox.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol