• $
  • €
  • ₽
  • ₺
  • £

DÇ-2014: 1 gümüş, 1 bürünc medal qazandıq

DÇ-2014: 1 gümüş, 1 bürünc medal qazandıq
11.09.2014 10:49
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir.ANN.Az Güləş Federasiyasına istinadən xəbər verir ki, çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub.  48 kq çəki dərəcəsində Olimpiadanın gümüş və bürünc mükafatçısı, Dünya və dördqat Avropa çempionu Mariya Stadnik mübarizəyə 1/16 finaldan başlayıb. Böyük Britaniyadan Yana Rattiqan, Çin təmsilçisi Çun Lei və Argentina idmançısı Patrisia Bermudezi tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Polşa güləşçisi İvonna Matkovska ilə gərgin keçən qarşılaşmada uduzan Mariya bürünc medal görüşdə Rumıniyadan Emilia Vuç üzərində 49 saniyə ərzində tam üstünlüklə qələbə qazanıb və Dünya çempionatını 3-cü pillədə tamamlayıb.  60 kq çəki dərəcəsində mübarizə aparan Olimpiadanın bürünc mükafatçısı, Dünya və Avropa çempionu Yuliya Ratkeviç finala qədər maneəsiz irəliləyib. O, ardıcıl olaraq İsveç güləşçisi Malin Yohanna Mattssonu, Kanada təmsilçisi Kristina Fazzarini, yarımfinalda isə Bolqarıstan idmançısı Taybe Yusseini mübarizədən kənarlaşdırıb. Final görüşündə Yuliya Ratkeviç Monqolustan güləşçisi Tserençimend Suxe ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə başa çatıb. Güləşçimiz Dünya çempionatının gümüş medalı ilə kifayətlənib.  Xatırladaq ki, çempionatın ilk iki günündə sərbəst güləşçilər mübarizə aparıb. Sərbəst güləşçilərimiz çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurub. Komanda hesabında yığmamız 4-cü pillədə qərarlaşıb. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol