• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ" və "Neftçi" üçün revanş günü - AVROLİQA

"Qarabağ" və "Neftçi" üçün revanş günü - AVROLİQA
28.08.2014 09:12
"Qarabağ" klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün səfərdə "Tvente"nin qonağı olacaq.Qol.az bildirir ki,Enshede şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.Bakıda rəqibi ilə 0:0 bərabərə qalan "Qarabağ" səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Bu görüşdə qeydə alınacaq istənilən məhsuldar heç-heçə (1:1, 2:2, 3:3) Ağdam təmsilçisini qrup mərhələsinə çıxaracaq.Xatırladaq ki, 2009/2010 mövsümündə "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində məhz "Tvente" ilə qarşılaşmışdı. Hollandiyada 1:3 hesabı ilə uduzan "Qarabağ" Bakıda rəqibi ilə 0:0 bərabərə qalaraq turnirdə mübarizəni dayandırıb."Neftçi" klubu isə Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün evdə "Partizan"la qarşılaşacaq.Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.Bu komandalar arasında baş tutan ilk görüşdə Serbiya təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün "Neftçi" mütləq qalib gəlməlidir. Son Azərbaycan Kubokunun qalibini 1:0 və ya 2:1 kimi minimal hesablı qələbələr də qane edəcək.Xatırladaq ki, "Neftçi" 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Partizan"la eyni qrupda mübarizə aparmışdı. Bu komandalar arasında Serbiyada baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı - 0:0. Bakıdakı cavab qarşılaşmasında da qalib müəyyənləşməmişdi. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk etmişdi.28 avqustAvropa Liqası, pley-off mərhələsinin cavab oyunu21:00. "Neftçi" (Azərbaycan) - "Partizan" (Serbiya)Bakı. Tofiq Bəhramov adına Respublika stadionuBaş hakim: Robert Şörgenhofer (Avstriya)22:30. "Tvente" (Hollandiya) - "Qarabağ" (Azərbaycan)Enshede. Tvente stadionuBaş hakim: Paolo Silvio Mazzoleni (İtaliya)ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol