• $
  • €
  • ₽
  • ₺
  • £

Ünal Aysal: "Kim 20 milyon versə, Sneyder gedəcək"

Ünal Aysal: "Kim 20 milyon versə, Sneyder gedəcək"
09.07.2014 17:18

"Qalatasaray" klubunun prezidenti Ünal Aysal komandanın aparıcı futbolçusu Uesli Sneyder barəsindəki transfer xəbərlərinə münasibət bildirib.

Qol.Az-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, Ü.Aysal hollandiyalı futbolçunun 20 milyon avro qarşılığında komandadan ayrılacağını deyib.

"DÇ-2014"də uğurlu çıxışı ilə diqqət çəkən Sneyderi komandada saxlamaq istədiklərini bildirən klub prezidenti futbolçunun müqaviləsindəki maddəyə görə bunun mümkün olmayacağını vurğulayıb: "Biz onu komandada saxlamaq istəyirik. Ancaq Sneyderin müqaviləsində 20 milyon avro qarşılığında onun azad agent statusu alacağına dair maddə var. Hər hansı bir komanda bu məbləği ödəyərsə və futbolçu da getmək istəyərsə, o zaman istəsək belə, Sneyderi komandada saxlaya bilmərik. Hüquqi tərəfdən bunu etməyimiz mümkün deyil”.

Qeyd edək ki, Sneyderin adı yeni mövsümdən Lui van Qalın çalışdıracağı "Mançester Yunayted" klubu ilə hallanır. 30 yaşlı futbolçu milli komandanın məşqində verdiyi açıqlamasında "əgər Lui van Qal sizinlə çalışmaq istəyirsə, ona "yox" deyə bilmərsiniz" söyləməklə "Qalatasaray"dan ayrıla biləcəyinə işarə etmişdi.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol