• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzəbli Braziliya azarkeşləri şəhərləri yandırır - FOTOLAR+VİDEO

Qəzəbli Braziliya azarkeşləri şəhərləri yandırır - FOTOLAR+VİDEO
09.07.2014 09:46
Qəzəbli Braziliya azarkeşləri oyunun davamın yanmış avtobuslarla yürütdüDünya Çempionatının yarımfinalında Braziliya yığmasının Almaniyaya 7:1 hesabı ilə uduzmasından sonra qəzəbləmiş azarkeşlər ölkədə bir neçə şəhəri viran qoyublar. ANS PRESS-in məlumatına görə, San-Paulu şəhərində azarkeşlər bir neçə avtobus və maşın yandırıb. Polisin son məlumatlarına əsasən oyun bitdikdən sonra naməlum qrup 2 avtobus yandırıb. Eləcə də yerli mağazalardan oğurluq hadisələri də qeydə alınıb. Bunula belə polis bir neçə asayiş pozucusunu yaxalaya bilib.Resifi şəhərində isə oyunun bitməsini gözləməyiblər. Braziliyalıların oyunun 29-cu dəqiqəsində 5 cavabsız qol buraxması ilə iğtişaşlara start verilib.Riodada 5 ci qoldan sonra azrkeşlər artıq tribunanı tərk etməyə başlayıblar. Küçələr qarışmağa başlayıb. Hirsli tərəfdarları polis sakitləşdirməyə çalışsa da bacara bilməyib. Atəş yandırıb barrikada quran tərəfdarlar polisi daş yağışına tutub.Qeyd edək ki, Almaniya Braziliya matçı Bakı vaxtı ilə çərşənbə axşamına keçən gecə Belu-Orizontidə baş tutub və fantastik 7:1 hesabı ilə Almaniya yığmasının xeyrinə bitib.Artıq Almaniyadan sonra ikinci finalçı Argentina və Hollandiya oyunundan sonra müəyyənləşəcək. Oyun Bakı vaxtı ilə 10 iyul saat 01:00-da baş tutacaq. Final isə 13 iyul saat 00:00-da olacaq. ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sabah” – “Barselona” oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək
İdman 14:58
“Sabah” – “Barselona” oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
İdman 21:51
“Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
İdman 12:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
İdman 19:58
“Sabah” – “Barselona” matçına 74 ölkədən azarkeş bilet alıb
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol