Maradona dəfn edilib- FOTO

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona Buenos-Ayres yaxınlığında dəfn edilib.
Anews.az xəbər verir ki, bu barədə "TN” telekanalı məlumat yayıb.
Maradonanın məzarı özəl Bella Vista qəbiristanlığında, valideynlərinin yanındadır.
Xatırladaq ki, Maradona noyabrın 25-də ürək tutmasından dünyasını dəyişib.
Maradonanın ölümü ilə əlaqədar olaraq Argentinada üç günlük matəm elan edilib.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























