Brüsselin divarlarında Vüqar Həşimovun qraffitiləri peyda oldu

"Küçə sənəti" (street art) ilə məhşur olan Brüsselin divarlarında artıq Vüqarın da simasına rast gəlmək mümkündür. Bu ilin yanvarında 28 yaşında dünyasını dəyişmiş azərbaycanlı qrossmeystrin qraffitiləri şəhərin bir neçə hissəsində naməlum artist tərəfindən çəkilib. Qraffitidə "RİP Gashimov", yəni "Yerin behişt olsun, Həşimov" yazılıb.
Xatırladaq ki, Vüqar Həşimov Brüssel küçələrini bəzəyən ilk azərbaycanlı deyil. Cazzmen Əzizə Mustafazadənin də Belçika paytaxtında "öz divarı" var.
eunews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























