• $
  • €
  • ₽
  • ₺
  • £

“Sevilya” Avropa Liqasının qalibi oldu

“Sevilya” Avropa Liqasının qalibi oldu
15.05.2014 09:00
 Avropa Liqasının qalibi bəlli olub.Apasport.az saytının məlumatına görə, İspaniyanın “Sevilya” klubu İtaliyanın Turin şəhərində keçirilən finalda Portuqaliyanın “Benfika” klubunu məğlub edərək qitənin ikinci dərəcəli klub turnirində qalib gəlib. Komandaların cəhdlərinə baxmayaraq, əsas vaxtda hesab açılmayıb və almaniyalı baş hakim Feliks Brix hər biri 15 dəqiqədən ibarət əlavə 2 hissə təyin edib. Мatçın əlavə olunmuş vaxtı da qolsuz başa çatıb və penaltilər seriyası təyin edilib. Penaltilər seriyasında isə daha dəqiq olan “Sevilya” (4:2) Avropa Liqasının qalibi olub. “Sevilya” tarixində 3-cü dəfə bu yarışın qalibi olub. 2005/06 və 2006/07 mövsümlərində UEFA kubokunu qazanan ispaniyalılar Avropa Liqasının yeni adı ilə kuboku ilk dəfə başı üzərinə qaldırıb. Bu qalibiyyət İspaniyaya avrokubok mövsümünü “dubl”la bitirməyə imkan verib. Çünki Çempionlar Liqasında finalda bu ölkənin 2 təmsilçisi oynadığından kubok onların olacaq. “Benfika” isə növbəti dəfə Qutman lənətindən qurtula bilməyib. 1960/61 və 1961/62 mövsümlərində Çempionlar kubokunu əldə edən portuqaliyalılar 52 ildir avrokubok qazanmır. Həmin vaxt macar məşqçisi Qutmanı istefaya göndərən Lissabon təmsilçisi o vaxtdan 8 dəfə finala çıxsa da qalib gələ bilməyib. Turindəki final onlar üçün ardıcıl 2-ci belə matç olub.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol