“Qarabağ” Fransaya yollandı
![“Qarabağ” Fransaya yollandı “Qarabağ” Fransaya yollandı](https://anews.az/photo/850x500/2022-02/1644929826_11.jpg)
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Marsel”in qonağı olacaq "Qarabağ” komandası Fransaya yollanıb.
Komandanı Marsel şəhərinə aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.
Baş məşqçi Qurban Qurbanov fevralın 16-da yerli vaxt ilə 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələrinə açıq məşq isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı "Velodrom” stadionunda olacaq.
Fevralın 17-də keçiriləcək oyun yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)