Dünya çempionu dopinqdən istifadəyə görə cəzalanıb
![Dünya çempionu dopinqdən istifadəyə görə cəzalanıb Dünya çempionu dopinqdən istifadəyə görə cəzalanıb](https://anews.az/photo/850x500/2022-03/1646822005_a0652253-a72f-382e-ad72-5188292193dd_850.jpeg)
Cənubi Afrika Respublikasından (CAR) olan atlet Tando Dlodlo antidopinq qaydalarını pozduğu üçün diskvalifikasiya edilib. Bu barədə Dopinqsiz İdman İnstitutunun rəsmi saytı məlumat yayıb.
2021-ci il Polşadakı dünya çempionatında qızıl medal qazanan 23 yaşlı idmançı Ümumdünya Antidopinq Məcəlləsinin 2.1-ci bəndini pozduğu üçün cəzalanıb.
Onun dopinq nümunəsində testosteron tapılıb. Sprinterin cəza müddəti 2,5 ildir. Dlodlonun 2021-ci ilin aprelində CAR çempionatındakı testi pozitiv çıxıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər