• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ" bu gün oyuna ciddi itkilərlə çıxacaq - OYUNDAN GÖZLƏNTİLƏR

"Qarabağ" bu gün oyuna ciddi itkilərlə çıxacaq - OYUNDAN GÖZLƏNTİLƏR
03.08.2022 13:50
Azərbaycanın "Qarabağ” klubu bu gün futbol üzrə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsin Macarıstanın "Ferensvaroş” komandası ilə qarşılaşacaq. 

Azərisport saytının İmran Hüseynovun fikrincə, Bakı görüşü ərəfəsində əsas mövzulardan biri heyətdəki itkilərdir. Belə ki, qabaqkı oyunlarda iki  "sarı vərəqə" alan hücumçu Kadinin yoxluğu xüsusi qeyd olunur.  Oxşar səbəbdən yarım müdafiəçi Riçard Almeyda da bu gün matcda oynamayacaq. Zürihdə zədə alan müdafiəçi Kevin Medina isə hazırda reanimasiyada müalicədədir. 

 "Zürixdə iyulun 27 - də keçirilən oyunda Medinanı  əvəzləyən Bədavi Hüseynov oyunda özünü yaxşı göstərə bilməsəydi, Medinanin zədəsi də böyük itki sayıla bilərdi. Bədavi həmişə yaxşı mərkəz müdafiəçisi olub və şübhəsiz ki,Azərbaycanın ən yaxşılarından biridir. Uzun müddət ciddi zədə səbəbindən futbol  meydançasından kənarda qalan Hüseynovun qayıtdıqdan sonra müdafiənin mərkəzində kimisə layiqincə əvəz edə biləcəyinə şübhə ilə yanaşılırdı. Lakin o, "Zurix"ilə oyunda özünü yaxşı göstərərək əsas heyətdə yer ala biləcəyini sübut etdi. Ola bilsin ki, o, hələ meydanda 90 dəqiqənin hamısına kifayət qədər hazır deyil, amma bacardığı qədər sərf etdiyi hər dəqiqəni maksimum şəkildə işləyir",  - İmran Hüseynov vurğulayıb.
 
Onun sözlərinə görə, Kadinin yoxluğu və Qara Qarayevin qayıdışı ilə Marko Yankoviçin hücumameyilli yarımmüdafiəçi kimi çıxış edəcəyi ehtimal olunur.
 
Ekspertlər hesab edir ki,  ciddi itkilərə baxmayaraq, "Ferencvaros" güclü komanda olsa da  "Qarabağ” ev oyununda uğur qazana bilər. Bununla belə, unutmaq olmaz ki, Macarıstan çempionu hələ "Qarabağ” səviyyəli rəqiblə qarşılaşmayıb. Azərbaycan komandası əvvəlki iki turunda bütün potensial rəqibləri arasında status baxımından ən güclü olan Polşa və İsveçrə çempionlarını mübarizədən kənarlaşdırıb.
 
Stanislav Çerçesovun komandası da öz növbəsində əvvəlcə Qazaxıstan "Tobol” (0:0, 1:5), daha sonra  Slovakiyanın "Slovan” klubunu (1:2, 4:1) üstələyib. 

Macarıstan komandasına gəlincə, bu komanda qol vurmağı bacarır və sona qədər mübarizə aparan komandadır. 

Ağdamlıların qarşısında aşkar vəzifə durur - Budapeştə üstünlüklə yollanmaq üçün Bakıda uğurlu nəticə əldə etmək.
 
Oyunda ilk dəfə (və Çempionlar Liqasının 3-cü turunun bütün oyunlarında) "VAR""(Video Assistant Referee) sistemindən istifadə olunacaq.
 
Oyun bu gün Bakı vaxtı ilə 20:00 da baş tutacaq.
 
Fərid Məmmədli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol