Turan Əliyev 3 medal qazandı
![Turan Əliyev 3 medal qazandı Turan Əliyev 3 medal qazandı](https://anews.az/photo/850x500/2022-08/1660306293_1660304518.turan-eliyev-2.jpg)
10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.
Yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Komandamızdan ilk olaraq körpücük üzərinə Turan Əliyev çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində mübarizə aparıb.
İdmançımız birdən qaldırma hərəkətində 99 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər