“Qarabağ”ın Çexiyaya səfər proqramı açıqlandı
![“Qarabağ”ın Çexiyaya səfər proqramı açıqlandı “Qarabağ”ın Çexiyaya səfər proqramı açıqlandı](https://anews.az/photo/850x500/2022-08/1660908695_1660908422_1611046295_84912.jpeg)
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Viktoriya” (Plzen) komandası ilə qarşılaşacaq "Qarabağ”ın Çexiyaya səfər proqramı açıqlanıb.
"Köhlən atlar" avqustun 22-də Plzen şəhərinə yollanacaq.
Ağdam təmsilçisini Praqaya aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.
Avqustun 22-si Bakı vaxtı ilə saat 21:30-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Yarım saat sonra matçın keçiriləcəyi "Dusan Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.
Avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da baş tutacaq. Bakıdakı ilk matçda hesab açılmayıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər