Azərbaycanlı FIFA referisi beynəlxalq oyuna təyinat alıb

Azərbaycanlı FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
O, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunun 3-cü qrupunda keçiriləcək oyunları idarə edəcək.
Umudlu martın 19-da Niderland – Xorvatiya, 25-də Çexiya – Niderland matçlarının baş hakimi olacaq. FIFA referisi martın 22-də Çexiya – Xorvatiya qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Namik Hüseynov isə həmin görüşlərin köməkçi hakimi olacaq.
Qrup mərhələsinin oyunları Çexiyada təşkil olunacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















