• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb

Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb
27.03.2025 11:43

Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb.Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Rumıniyanın Eforie Nord şəhərindəki Avropa çempionatında təmsilçilərimizdən ən yaxşı nəticəni Nicat Abasov əldə edib.

Son turda heç-heçə oynayan qrossmeyster 8 xalla 8-ci yeri tutub. 11-ci turu qələbə ilə başa vuran Read Səmədov ilk "20-liy"ə daxil olub.

Reqlamentə əsasən, Avropa çempionatında turnir cədvəlinin ilk 20 pilləsində yer alan şahmatçılar Dünya Kubokunda iştirak imkanı qazanıb.

Yekun sıralamada 12-ci yeri tutan Read Səmədov bu il baş tutacaq Dünya Kubokunda mübarizə aparacaq. Eyni zamanda ilk 20-likdə olan şahmatçılardan bəziləri əvvəlki yarışlarda Dünya Kubokuna vəsiqə əldə etdiyinə görə 23-cü yerdə qərarlaşan Əhməd Əhmədzadə də mötəbər yarışda iştirakını rəsmiləşdirib.

Qitə çempionatında Read Səmədov ikinci qrossmeyster (GM), Şahin Vəliyev isə ilk beynəlxalq usta (IM) balını toplayıb. Ümid Aslanov 2300 reytinqi keçərək FIDE ustası (FM) titulunu əldə

Çempionatı 8-ci yerdə başa vuran Nicat Abasov Dünya Kubokuna vəsiqəni əvvəlki yarışlarda əldə edib. Azərbaycan təmsilçilərindən Rauf Məmmədov da buna nail olub.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol