“Çelsi” Konfrans Liqasının qalibi olub

Polşanın Vroslav şəhərində keçirilən UEFA Konfrans Liqasının finalında İngiltərənin “Çelsi” komandası İspaniyanın “Betis” klubunu 4:1 hesabı ilə məğlub edərək çempion oldu.
“Betis” oyunda hesabı 9-cu dəqiqədə Ez Abde ilə açdı. “Çelsi” 65-ci dəqiqədə Enso Fernandesin qolu ilə bərabərlik yaratdı.
71-ci dəqiqədə Nikolas Cekson komandası üçün ikinci qolu vurdu. Ardınca 83-cü dəqiqədə Ceydon Sanço fərqləndi. Son nöqtəni isə 90+1-ci dəqiqədə Moisés Kaysedo qoydu — 4:1.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















