• $
  • €
  • ₽
  • ₺
  • £

“Neftçi” “Qarabağ”ı məğlub edib, "Sabah" Azərbaycan çempionu olub

“Neftçi” “Qarabağ”ı məğlub edib, "Sabah" Azərbaycan çempionu olub
30.04.2026 22:07

“Sabah” Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.

Bu, XXI turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçının nəticəsindən sonra dəqiqləşib.

“Palms Sports Arena”da keçirilən görüşdə “Neftçi” 2:1 hesabı ilə qalib gəlib.

Ev sahibi komandanın qollarını 55-ci dəqiqədə Emil Səfərov və 90+2-ci dəqiqədə Bassala Sambu vurub. “Qarabağ”ın yeganə qolu 85-ci dəqiqədə Elvin Bədəlovun avtoqolu ilə gəlib.

Xallarının sayını 47-yə çatdıran "Neftçi" dördüncü pilləyə yüksəlib.

29 oyundan sonra 59 xalla ikinci sırada yer alan "Qarabağ"ın 72 xalla lider olan "Sabah"a çatmayacağı dəqiqləşib.

Beləliklə, "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu olub.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol