• $
  • €
  • ₽
  • ₺
  • £

Millimizə İspaniya La Liqadan futbolçu gəlir

Millimizə İspaniya La Liqadan futbolçu gəlir
27.12.2014 00:10
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki İspaniyaya səfər edəcək.

Allsport.az xəbər verir ki, onun bu səfərində məqsəd İspaniya La Liqasında çıxış edən "Qranada”nın azərbaycanlı yarımmüdafiəçisi Eddi İsrafilovun çıxışını izləməkdir.

Xorvatiyalı mütəxəssis bu klubun düşərgəsində olacaq, futbolçunun məşqlərinə və meydana çıxacağı halda, oyununa baxmaq istəyir. Eddi ilə bağlı müxtəlif məlumatlar toplayan Prosineçki Qranadaya səfəri zamanı futbolçunun özü ilə də ətraflı danışmağı planlaşdırır. Hər şey uğurlu alınsa, İsrafilov yığmamızın növbəti toplanışlarına dəvət oluna bilər.

İspaniya mətbuatının yaydığı xəbərə inansaq, Eddinin anası ilə söhbətləşən millimizin məşqçilər korpusu artıq hər şeyi yerindəcə həll etməyi planlaşdırırlar. Böyük ehtimalla İsrafilov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə oyuna dəvət alanlar sırasında olacaq.

Qeyd edək ki, "Qranada”nın növbəti oyunu yanvarın 3-də səfərdə "Kordoba”ya qarşı olacaq. Azərbaycan–Malta görüşü isə martın 28-də baş tutacaq.

Azərbaycan millisinin baş məşqçisinin köməkçisi Yanko Yankoviç də İsrafilovun yığmamıza cəlb olunacağı barədə xəbərlərə münasibət bildirib.

O, İspaniya mətbuatına açıqlamasında bunları söyləyib: "Biz Azərbaycan yığmasına yeni gəlmişik. Hazırda komandanı gücləndirmək üçün bütün imkanları gözdən keçiririk. Bu komanda üçün baxdığımız futbolçular arasında Eddi də var. Onun anası azərbaycanlıdır və onunla söhbətimiz olub. İsrafilov Azərbaycan yığmasında oynaya bilər. Onun "Qranada”dakı bəzi oyunlarına baxmışıq. Yaxşı təsir bağışlayır. Güclü futbolçu keyfiyyətləri var. Fikrimcə, yığmanı gücləndirə bilər. Lakin sizə bundan artıq məlumat verə bilmərəm. Hazırda danışıqlar davam etdirilir”.

Xatırladaq ki, AFFA hələ Berti Foqtsun dövründə Eddini yığmamıza dəvət etsə də, onun millimizdə oynamaq üçün 1 milyon avro tələb etməsi iddia olunmuşdu. Bu üzdən də İsrafilovun yığmamızda oynayacağına dair söhbətlər səngimişdi.


ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol