• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində irəlilədi

Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində irəlilədi
12.02.2015 14:30
FİFA yeni reytinq siyahısını açıqlayıb.

 Apasport.az saytının məlumatına görə, az öncə açıqlanan cədvəldə planetin 209 yığması yer alıb. Son 5 həftədə baş tutan qarşılaşmaların nəticələrinin də öz əksini tapdığı siyahıda bir sıra dəyişikliklər olub.
 
Hesabında 222 xal olan Azərbaycan yığması siyahıda 131-ci pillədə qərarlaşıb. 2015-ci ilin yanvarda açıqlanan ilk siyahıda 136-cı olan komandamız 5 pillə irəliləyib.
 
Buna millimizin aktivindəki xalların sayının artımı səbəb olub. Belə ki, ötən ay komandamızın 215 xalı var idi. Yığmamız bu müddətdə meydana çıxmasa da, 7 xallıq artıma malikdi.
 
Millimiz Filippin, Aruba, Vyetnam, Maldiv adaları, Yeni Zelandiya və Qvineya-Bissaunu arxada qoysa da, Mavritaniya komandamızı keçib. Nəticədə irəliləyişimiz 6 deyil, 5 pillə olub.
 
 Millimiz və "qonşuları”
 
126 (126). Gürcüstan - 234
126 (115). Fələstin - 234
128 (131). Küveyt - 231
129 (131). Lüksemburq - 225
130 (132). Lixtenşteyn - 223
131 (136). AZƏRBAYCAN – 222
132 (133). Vyetnam – 221
132 (129). Aruba – 221
132 (129). Filippin – 221
135 (139). Maldiv adaları – 220
 
İlk "onluğ”un tərkibində cüzi dəyişiklik olub. Fransa Portuqaliya ilə şərikliyini davam etdirə bilməyib, enişi davam edən İspaniya isə Uruqvayı da önə buraxıb.

İlk "onluq”

1 (1). Almaniya – 1729
2 (2). Argentina – 1534
3 (3). Kolumbiya – 1456
4 (4). Belçika – 1430
5 (5). Hollandiya - 1385
6 (6). Braziliya – 1333
7 (7). Portuqaliya - 1189
8 (7). Fransa – 1168
9 (10). Uruqvay – 1146
10 (9). İspaniya - 1144

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibimizdən yalnız Xorvatiya mövqeyini qoruyub. Digərləri isə geriləyib.
 
 
AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
12 (11). İtaliya – 1112
19 (19). Xorvatiya – 945
69 (67). Norveç - 512
70 (66). Bolqarıstan - 506
149 (147). Malta – 164

Qeyd edək ki, qonşu Türkiyə yığmasının hesabında olan 619 xalla 2 pillə geriləyərək, 50-ci yerə enib.
 
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol