• $
  • €
  • ₽
  • ₺
  • £

"Çelsi"də 10 il də qalaram"

"Çelsi"də 10 il də qalaram"
12.02.2015 23:59
"Çelsi"ni çox sevirəm. Premyer Liqada çalışmaqdan böyük zövq alıram. Əlbəttə, bəzən anlamadığım şeylər olur. Ancaq bunlar da Premyer Liqa haqqındakı müsbət düşüncələrimi dəyişmir".

ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo Britaniya mətbuatına açıqlamasında deyib.

52 yaşlı mütəxəssis uzun illər "Çelsi"də qalmaq istədiyini bildirib: "Mənə "Çelsi"də 10 il qalmağı təklif etsələr, heç düşünmədən qəbul edərəm. "Çelsi"də xoşbəxtəm və burada 10 il də qalaram".

Komandasının Premyer Liqadakı çempionluq şanslarını da dəyərləndirən Mourinyo deyib: "Hələ qarşıda 13 oyun var. Bundan sonra 39 xal toplaya bilərik ki, bu da yüksək rəqəmdir. Liderliyimiz davam edir. Ən yaxın izləyicimizdən 7 xal öndəyik. Bundan sonra da hər oyunda qalib gəlmək istəyirik. Hazırda lider olsaq da, çempionluq yarışı hələ qabaqdadır".

Qeyd edək ki, dünən Premyer Liqanın 25-ci turunda "Everton"a 1:0 hesabı ilə qalib gələn "Çelsi" 59 xalla turnir cədvəlinə başçılıq edir.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol