• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni güləşçilər Bakıya gəlməkdən qorxurlar

Erməni güləşçilər Bakıya gəlməkdən qorxurlar
12.03.2015 14:39
Yunan-Roma üslubunda çıxış edən erməni güləşçi, 2014-cü ilin Dünya çempionu Arsen Culfalakyan bəyan edib ki, Ermənistan Milli Olimpiya Komitəsinin Bakıda keçiriləcək 2015-ci il Avropa Oyunlarında iştiraka rəsmi razılıq verməsinə baxmayaraq, əsas məsələ idmançılardan kimin Azərbaycana getməsindən ibarətdir.

ANN.Az Azadlıq radiosunun erməni bürosuna istinadən xəbər verir ki, qərarı idmançılar qəbul edəcəklər və bu arada hələlik heç kim Bakıya getmək istəmir.

"Mən konkret olaraq öz yığmamızın adından danışa bilərəm, iki gün ardıcıl olaraq yığmada sorğu keçirdik, idmançıların 100%-i orada idi və onlardan heç biri bu oyunlarda iştirak etmək istəmədiklərini bildiriblər”, - deyə, Culfalakyan bəyan edib.  

2007-ci ildə Bakıda Dünya çempionatında iştirak etmiş Culfalakyan deyir ki, erməni idmançıların Azərbaycanda çıxış etməsinin nə demək olduğunu gözəl bilir: təhlükəsizlik təmin ediləcək, lakin bərabər şərtlər olmayacaq.  

"Bərabər şərtlər haqqında nə desələr də, sözdə bu bir iş, əməldə isə başqa işdir. Mən təkcə belə düşünmürəm, çünki 2007-ci ildə bütün bunları öz gözümlə görmüşəm. Qəbul zamanı bizi gizli şəkildə götürdülər və əyləşdiyimiz avtobusa Türkiyə bayrağı asdılar, avtobusa heç bir hücumun olmaması üçün belə edildiyini söylədilər. Hər şey onunla bitir ki, bizi mehmanxanaya gətirdilər və həmin yer 2-3 kilometr radiusda mühasirəyə alınmışdı ki, heç bir maşın yaxınlaşa bilməsin. Sahildə hər yerdə polis dayanmışdı, hər 15 metrdən bir tam silahlanmış əsgər dayanmışdı.

Soruşanda ki, əsgərlər nə üçündür dedilər dənizdən hücum olmasın deyə. Təsəvvür edin, bu o deməkdir ki, təhlükə var. Belə atmosferdə isə hazırlaşmaq, qələbəyə köklənmək çox çətindir... Bu nə qədər idmana uyğundur, bu nə qədər siyasətdən uzaqdır?...”, - deyə, Arsen Culfalakyan bildirib.  

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol