Sabiq dünya çempionu Bakıda

1998-ci ildə Fransada keçirilən futbol üzrə dünya çempionatının qalibi Kristian Karambö Bakıya gəlib.
ANN.Az-ın "Report" agentliyinə istinadən yaydığı xəbərə görə, o, "Bakı-2015" I Avropa Oyunlarında keçiriləcək çimərlik futbolu üzrə yarışların püşkatmasında iştirak edib.
Püşkatma mərasimi "Fairmont" hotelində baş tutub.
Qeyd edək ki, Kristian Karambö 1998-ci ildə Fransanın heyətində dünya birincisi adını qazanıb. O, hazırda Fransada televiziyaların birində şərhçi olaraq fəaliyyət göstərir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























