Azərbaycanlı futbolçu Rusiya millisində

Rusiya U-19 millisinin "Avro-2015”in elit-raundu üçün heyəti açıqlanıb.
Qol.Az-ın Rusiya Futbol İttifaqının saytına istinadən yaydığı xəbərə görə, 18 futbolçunun yer aldığı bu siyahıda azərbaycanlı Ramil Şeydayevin də adı var.
Sankt-Peterburqun "Zenit” klubunun hücumçusu olan Şeydayev baş məşqçinin şans verəcəyi halda Rusiya millisiylə elit-raundda Belçika, Litva və İsveç komandalarına qarşı oynaya bilər.
Xatırladaq ki, bir müddət əvvəl R.Şeydayev mətbuata açıqlamasında Azərbaycan millisində oynamaq istəmədiyini açıqlayıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























