• $
  • €
  • ₽
  • ₺
  • £

FİFA ABŞ-ı rədd etdi

FİFA ABŞ-ı rədd etdi
02.04.2015 20:19
FİFA Rusiya Federasiyasını 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyindən məhrum etməyə çalışan ABŞ senatorlarının daha bir cəhdini rədd edib.

ANS PRESS-in məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) ABŞ-ın 13 senatorunun Rusiyanın 2018-ci ildə futbol üzrə dünya çempionatında ev sahibi olmaq hüququndan məhrum edilməsi barədə xahişini rədd edib.

Assoşieyted Press agentliyi FİFA-nın mətbuat katibi Deliya Fişerin aşağıdakı sözlərini sitat gətirir: "İdman turnirlərinin boykot edilməsi, habelə təcridçilik və ya qarşıdurma siyasəti problemlərin həllinin heç də ən səmərəli üsulları deyildir. Turnirin keçirilməsi isə xalqlar və hökumətlər arasında konstruktiv dialoqa güclü təkan verər, habelə sosial dəyişikliklərə müsbət təsir göstərər”.

FİFA-nın cavabında deyilir: "Futbolu bütün problemlərin, o cümlədən dünya siyasəti ilə bağlı problemlərin həlli metodu hesab etmək olmaz. Biz artıq görmüşük ki, dünya çempionatı xeyirxahlıq mənbəyi ola bilər. FİFA inanır ki, Rusiyada keçiriləcək turnir də məhz belə olacaq”.

Xatırladaq ki, Amerikanın Respublikaçılar və Demokratlar partiyalarını təmsil edən 13 senatordan ibarət qrup FİFA-nın prezidenti Yozef Blatterə məktub göndərərək Ukraynada yaranmış vəziyyətlə əlaqədar RF-ni futbol üzrə dünya çempionatı keçirmək hüququndan məhrum etməyə və çempionata ev sahibliyi edəcək yeni ölkənin müəyyən olunması üçün səsvermə keçirməyə çağırıb.

"Reuters” agentliyi həmin müraciətin məzmununu sitat gətirir: "2018-ci ildə dünya çempionatının Rusiyada keçirilməsi Putin rejiminin prestijini lüzumsuz olaraq möhkəmlədəcək, halbuki həmin rejimi pisləmək lazımdır. Bundan əlavə, dünya çempionatının keçirilməsi əlavə iqtisadi imkanlar yaradır. Halbuki dünya birliyinin xeyli hissəsi RF-yə qarşı iqtisadi sanksiyalar tətbiq edib”.

FİFA-ya müraciətin müəlliflərindən biri - ötən çərşənbə günü dələduzluqda ittiham edilmiş senator Robert Menendesdir. Müraciəti imzalayan senatorlar arasında Con Makkeyn, Lindsi Qrem, Marko Rubio və Mark Kirk də var.

Amerikalı respublikaçı senatorlar Mark Kirk və Den Kouts hələ keçən ilin mart ayında buna oxşar bir cəhd göstərmişdilər. Onlar Blatterə məktub göndərərək Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar, Rusiyanın FİFA-da üzvlüyünün dayandırılması məsələsinə bu qurumun növbədənkənar iclasında baxılmasını tələb edirdilər. Bundan əlavə, senatorlar israr edirdilər ki, Rusiya 2018-ci ildə dünya çempionatını keçirmək hüququndan məhrum olunsun və Rusiya yığması həmin turnirin iştirakçıları sırasından çıxarılsın.

O vaxt FİFA Kirkə və Koutsa rədd cavabı vermişdi. FİFA-nın cavab məktubunda deyilirdi: "FİFA üzvü olan ölkələrin yığma komandalarının dünya çempionatında və ya FİFA-nın himayəsi ilə keçirilən başqa yarışda iştirak etməsi idman meyarlarından asılıdır. Hər hansı ölkənin FİFA-da üzvlüyünün dayandırılması və ya yarışda iştirak etməkdən kənarlaşdırılması üçün yalnız FİFA-nın qayda və qanunlarının pozulması əsas ola bilər”.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol