• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Liqasının finalçıları müəyyənləşdi

Avropa Liqasının finalçıları müəyyənləşdi
15.05.2015 08:59
Bu gecə Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Qol.Az-ın məlumatına görə, baş tutacaq iki oyunla finalçılar bəlli olub.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukraynanın "Dnepr" klubu  "Napoli"ni qəbul edib. Səfərdə keçirilən ilk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan Dneprpetrovsk klubunun finala çıxmaq üçün yaxşı şansı var idi.

Rəqibinə 1:0 hesabı ilə qalib gələn "Dnepr" tarixində ilk dəfə Avropa Liqasının finalına yüksəlib. "Dnepr" "Napoli"dən öncə "Olimpiakos", "Ayaks" və "Brügge" kimi klubları mübarizədən kənarlaşdırıb.

Avropa Liqasının son qalibi "Sevilya" isə "Fiorentina”nın qonağı olub. İlk oyunda rəqib qapısından üç cavabsız qol keçirən ispanlar cütün favoriti sayılırdı. Səfərdə də rəqibinə 2:0 hesabı ilə qalib gələn İspaniya təmsilçisi finala adlayıb.

Qeyd edək ki, Avropa Liqasının finalında "Sevilya" və "Dnepr" üz-üzə gələcək. Həlledici oyun mayın 27-də, Polşada keçiriləcək.

15 may

Avropa Liqası, yarımfinalın cavab oyunları

00:05. "Dnepr" (Ukrayna)  - "Napoli" (İtaliya) - 1:0
Qol: Seleznyov, 58 (1:0)
(İlk oyun -1:1)

00:05. "Fiorentina" (İtaliya) - "Sevilya" (İspaniya) - 0:2
Qollar: Bakka, 22 (0:1), Karriko, 27 (0:2)
(İlk oyun 0:3)

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol