• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Ermənistan eyni səbətdə

Azərbaycan və Ermənistan eyni səbətdə
17.06.2015 10:44
Azərbaycan millisinin "DÇ-2018"in seçmə mərhələsinin püşkü zamanı hansı səbətdə yer alacağı müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, yığmamız 5-ci səbətdə yer alıb.

Millimizlə yanaşı, Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova komandaları da beşinci səbətdə qərarlaşıb.

Bu isə o deməkdir ki, yığmamız "DÇ-2018"in seçmə mərhələsində həmin komandalarla eyni qrupa düşməyəcək.

Qeyd edək ki, yalnız İtaliya və Xorvatiyanın hansı səbətdə yer alacağı müəyyənləşməyib. Buna axşam keçiriləcək İtaliya - Portuqaliya yoxlama matçından sonra aydınlıq gələcək. İtaliya qalib gələcəyi təqdirdə I səbətdə qərarlaşacaq. Əks təqdirdə I səbətdə Xorvatiya millisi yer alacaq. 

Xatırladaq ki, 2018-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək Rusiya millisi seçmə mərhələnin oyunlarından azaddır.  

1-ci səbət: Almaniya, Belçika, Hollandiya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Portuqaliya, İtaliya/Xorvatiya

2-ci səbət: İtaliya/Xorvatiya, İsveçrə, Avstriya, Slovakiya, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina

3-cü səbət: Polşa, Ukrayna, Şotlandiya, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Yunanıstan, Serbiya

4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Çernoqoriya, Estoniya

5-ci səbət: Kipr, Azərbaycan, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, Litva və Moldova

6-cı səbət: Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San Marino, Andorra

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol