Rivaldo istefa verdi

Braziliya futbolunun canlı əfsanəsi Rivaldo "Moji-Mirim" klubunda prezidentlik vəzifəsini tərk edib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Braziliyanın ikinci liqa təmsilçisində bütün diqqətini futbolçu kimi yaxşı çıxış etməyə yönəltməyə qərar verib. Bundan sonra braziliyalı oyunçu yeni prezidentin məsləhətçisi olacaq.
Qeyd edək ki, 43 yaşlı Rivaldo bu ay yaşıl meydanlara qayıdıb. O, "Nautiko" ilə görüşdə 68 dəqiqə oynayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb























