UEFA reytinqi: Azərbaycan 28-ci pillədən uzaqlaşır

UEFA-nın reytinq siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları başa çatandan sonra siyahlıda müəyyən dəyişikliklər olub.
Serbiyada "Çukariçki”yə 0:1 hesabı ilə uduzan "Qəbələ” ölkəmizin hesabına xal qazandıra bilməyibsə, İslandiyada "Hafnarfyordur”a 2:1 hesabı ilə qalib gələn "İnter”in sayəsində 0,250 xal əldə olunub. Bununla da komandalarımızın cari mövsümdə əldə etdiyi xal sayı 1,125-ə çatıb.
"İnter” 0,500, "Qəbələ” və "Neftçi” hərəyə 0,250 xal əldə edibsə, "Qarabağ” bunun yarısı ilə kifayətlənib. Son 5 mövsümün nəticəsinə görə hesablanan əmsalımız isə 11,625-ə çatıb.
28-ci pillədə olub, Azərbaycanla eyni xala malik Serbiya klubları isə dünən daha uğurlu çıxış edib. Bunun nəticəsində balknalılar 29-ciu olan ölkəmizdən uzaqlaşıb. Hazırda Azərbaycan Serbiyadan 0,250 xal geri qalır.
Qeyd edək ki, siyahıya İspaniya (84,070), Almaniya (65,463) və İngiltərə (63,784) başçılıq edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















