• $
  • €
  • ₽
  • ₺
  • £

FİDE açıqladı: Almaniya yığmasının şahmatçısı Azərbaycanda!

FİDE açıqladı: Almaniya yığmasının şahmatçısı Azərbaycanda!
01.08.2015 15:43
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.
 
Apasport.az saytının məlumatına görə, avqust üçün müəyyənləşən "Top-100”də 3 Azərbaycan şahmatçısı yer alıb.  
 
Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Teymur Rəcəbova məxsusdu. Ötən ayla müqayisədə 1 pillə geriləyən qrossmeysterimiz ilk "20-liyi” qapayır. Onun aktivində yenə 2738 xalı var.
 
Rəcəbovdan fərqli, Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov mövqeyini qoruyub. Aktivində 2735 reytinq xalı olan şahmatçımız yenə 22-cidi.
 
FİDE avqustdan Arkadi Naydiçin də yığmamızda iştirakına rəsmən icazə verib. Bunadək Almaniyanı təmsil 30 yaşlı qrossmeyster beynəlxalq qurumun yeni açıqladığı reytinq siyahısında da məhz Azərbaycan millisinin üzvü kimi təqdim olunub. Aktivində 2685 xalı olan Latviya əsilli şahmatçı 56-cı pillədə qərar tutub.
 
Reytinq siyahısına yenə Maqnus Karlsen başçılıq edir. Norveçli şahmatçı 2853 xala malikdi. İkinci yeri Vişvanatan Anand (2816, Hindistan), üçüncü pilləni isə Veselin Topalov (Bolqarıstan, 2816) tutur.
 
Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol