Dünyanın 70-ə yaxın ölkəsində koronavirusa yoluxma hallarının artması müşahidə olunur.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə 75-ci Ümumdünya Səhiyyə Assambleyasında çıxışında deyib.
Qebreyesus bildirib ki, bu, koronavirus testinin qlobal azalması fonunda baş verir.
ÜST rəhbəri bütün dövlətləri əhalinin azı 70%-nin COVID-19-a qarşı peyvənd olunmasına və infeksiyanın yayılmasını dayandırmaq üçün sanitar məhdudiyyətləri yenidən tətbiq etməyə çağırıb.
Qebreyesusun sözlərinə görə, bütün dünyada 2020-ci ilin martından başlayaraq yoluxma ən aşağı səviyyəyə düşsə də, Afrikada xəstəlikdən ölüm halları artıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyası pandemiyanın dərslərini nəzərə almaqla qlobal ictimaiyyətin fövqəladə hallara reaksiya verməyə hazırlığının gücləndirilməsinə yönələcək. 2019-cu ildən ilk dəfə əyani keçiriləcək illik forumda ÜST-ə üzv olan 194 ölkənin nümayəndələri iştirak edəcək.
Forumun əsas mövzusu "Dünya üçün sağlamlıq, sağlamlıq üçün dünya” olacaq. Nümayəndələr qlobal sağlamlığı fövqəladə hallara cavab vermək üçün hazırlamaqla yanaşı, qeyri-infeksion xəstəliklərin qarşısının alınması üzrə 2023-2030-cu illər üçün "yol xəritəsi"ni, epilepsiya və digər nevroloji pozğunluqlar üzrə fəaliyyət planını, vərəm və poliomielitlə mübarizəni, qida təhlükəsizliyi strategiyasını müzakirə edəcəklər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !