Sualtı həyat – London akvariumundan REPORTAJ

12:53 | 08.06.2015
Sualtı həyat – London akvariumundan REPORTAJ

Sualtı həyat – London akvariumundan REPORTAJ

Rüstəm Qasımov

London akvariumunu heç bir tərəddüdsüz İngiltərə paytaxtının ən populyar məkanlarından biri adlandırmaq olar, bura sualtı həyatı sevənlər üçün əsl cənnətdir. Akvariuma giriş biletinin standart qiyməti 40 manatdan çox olsa da, girişdə həmişə qələbəlik olur, uzun növbələr yaranır.  
 


London akvariumu bir neçə labirintdən ibarətdir, içəri girəndən sonra siz bir neçə mərtəbə aşağı düşməli, yalnız bundan sonra səyahətinizə başlamalısınız. Siz burada mərcanlar da daxil olmaqla, müxtəlif növ dəniz canlılarını görə bilərsiniz.  
 



 
Burada astagəl üzən meduzalar mavi dərinlikdə görünür və yoxa çıxırlar. 
 


Akvariumda həmçinin zəhərli balıq növlərinə də rast gəlmək mümkündür. 
 


London akvariumunun divarları da qeyri-adi üslubda düzəldilib, sanki sən qədim canlıların mövcud olduğu qazıntılar arasında gəzirsən və onların daşlaşmış qalıqlarına baxırsan. 
 


Dəniz canlıları arasında ən sevimlilərdən olan, sualtı riflərdə yaşayan, məşhur "Nemonun axtarışında” cizgi filminin də qəhrəmanı kimi tanınan balıq burada mərcan riflərinin digər canlıları ilə birgə yaşayır.

 

 

 
Akvariumda dəniz canlılarıyla interaktiv ünsiyyət üçün məkan mövcuddur. 
 
 
 
Ancaq London akvariumunun ən populyar canlıları qəhvəyi qum akulaları, həmçinin nəhəng tısbağalardır, çox aktiv olduqlarından onların şəkillərini çəkmək çətindir. Onlar daim hərəkətdədirlər, nadir hallarda bir yerdə dayanırlar. 
 

 

 
 

 
Mənim ən çox xoşuma gələn ingilis marketoloqlarının iş üslubu oldu, təkcə tamaşaçıların aldığı biletlərin qiyməti onlara kifayət qədər vəsait qazanmağa imkan verir. Həmçinin akvariumda akulaların olduğu bölgədəki plakatların vasitəsilə tamaşaçılara çatdırılır ki, köpək balıqları hazırda məhv olmaq təhlükəsiylə üz-üzədirlər. İnsanlara nəsli kəsilməkdə olan növləri birlikdə qorumaq barədə çağırışlar edilir, yəni, onlar ianə verə bilərlər. Bunun üçün bütün imkanlar yaradılıb.  


Məsələn, yaxınlıqda pul salmaq üçün bir şar var idi. Qeyd etmək lazımdır ki, pul salmaq üçün çox orijinal üsul idi. Həmin gün şarın qabağında da, ianə vermək istəyən insanların da növbəsi var idi. 
 


London akvariumunda ən təhlükəli sürünənlərdən biri mövcuddur, o, nə vaxtsa planetmizdə yaşamış dinozavrların qohumudur. 
 



 
Akvariumun növbəti bölmələrinin birində dəniz canlılarının ən heyrətamiz növləriylə rastlaşdım, onlar burada toplaşan publikada dərin təəssürat buraxırdılar.
 



 

 
Bu da akulaların üzməsi üçün olan qəfəs. 
 


Buğumayaqlılar üçün olan orijinal akvarium. 
 


Məkanın şöbələrinin birində açıq akvarium var, burada insanlar kimi hər şeylə maraqlanan skatlar üzürlər. Onlar tamaşaçı kütləsinin canlandığını görüb sudan boylanırlar. Burada işıqla şəkil çəkmək qadağandır, bu, skatlara pis təsir göstərir. Gələnlərdən heç birinin qaydanı pozmaması üçün xüsusi nəzarətçi tamaşaçı kütləsini diqqətlə müşahidə edir. 

Açıq deyim ki, dəniz canlılarını izləmək, xüsusilə onlar suyun üzərinə çıxanda görmək, böyük zövqdür. 

Sonda isə London akvariumdan digər fotoları təqdim edirik.
 


















 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM