Şumaxerdən şad xəbər

17:03 | 12.03.2014
Şumaxerdən şad xəbər

Şumaxerdən şad xəbər

Komada olan məşhur avtoyarışçı Mixail Şumaxerin səhhətində ümidverici əlamətlər var. ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatı "Formula 1" avtoyarışmasının eks-pilot Şumaxerin meneceri Sabina Kem belə bir bəyanat verdiyini yazıb.Bir müddət əvvəl alman idmançının süni koma vəziyyətindən çıxarılmasının mümkünlüyü barədə xəbərlər yayılsa da, bu sonradan məhz Sabina Kem tərəfindən təkzib edilmişdi.Şumaxer 29 dekabr 2013-cü ildə Fransada Meribeldə xizək sürərkən yıxılaraq başından zədə almışdı. 3 yanvarda 45 yaşı tamam olan avtoyarışçı koma vəziyyətində həkimlərin hadisədən sonra apardığı Qrenoblda hospitalların birində saxlanılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb