Suriya millisinin sabiq kapitanı futboldan ömürlük uzaqlaşdırılıb

23:00 | 08.03.2023
Suriya millisinin sabiq kapitanı futboldan ömürlük uzaqlaşdırılıb

Suriya millisinin sabiq kapitanı futboldan ömürlük uzaqlaşdırılıb

Suriya millisinin sabiq kapitanı Əhməd əl-Saleh futboldan ömürlük uzaqlaşdırılıb.

Buna hazırda "Əl-Caiş" komandasında çıxış edən 34 yaşlı müdafiəçinin "Əl-Vətba"ya qarşı çempionat matçında baş hakimə hücum çəkməsi səbəb olub.

Təcrübəli oyunçu qırmızı vərəqə aldıqdan sonra referinin üzərinə gedərək ona tüpürüb.

Əl-Saleh diskvalifikasiya ilə yanaşı, pul cəriməsi də alıb. Futbolçu 600 000 ABŞ dolları, klubu isə 1,2 milyon dollar ziyana düşüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM