Suriyada daha bir azərbaycanlı öldürülüb - FOTOLAR

11:03 | 26.05.2014
Suriyada daha bir azərbaycanlı öldürülüb - FOTOLAR

Suriyada daha bir azərbaycanlı öldürülüb - FOTOLAR

Suriyada daha bir azərbaycanlı öldürülüb.APA-nın Suriyada vuruşan azərbaycanlı döyüşçülərdən aldığı məlumata görə, “Yehya Azəri” kimi tanınan azərbaycanlı döyüşçü Hələb yaxınlığında Bəşər Əsəd qüvvələri tərəfindən vurulub. Azərbaycanlı döyüşçülər onun meyitinin fotosunu da APA-ya təqdim ediblər. Öldürülən azərbaycanlının əsl adı açıqlanmasa da, onun Sumqayıt sakini olduğu bildirilir. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı həyatını itirib. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti