Suriyada daha bir qırıcı vuruldu

12:00 | 13.03.2016
Suriyada daha bir qırıcı vuruldu

Suriyada daha bir qırıcı vuruldu

Suriya Hərbi-Hava Qüvvələrinə məxsus MiQ-21 qırıcısı Hama əyalətindəki hərbi aerodromun yaxınlığında vurulub.

ANS PRESS-in məlumatına görə, hərbi təyyarə vurulduqdan sonra pilot özünü xilas etmək məqsədilə katapulta vasitəsilə təyyarəni tərk edə bilsə də, yerdən açılan atəşlə öldürülüb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Hama əyalətində Suriya hökumət qüvvələri ilə İŞİD terrorçu qruplaşması və"Ən-Nüsrə Cəbhəsi" arasında ağır döyüşlər gedir. Suriya üzrrə əldə olunan atəşkəs razılığı bu terrorçu qruplara şamil edilməyib.

Bundan 3 gün əvvəl isə xəbər verilmişdi ki, Suriya hökumət qüvvələri Hama əyalətində 70-dən çox "Ən-Nusra Cəbhəsi"nin terrorçusunu öldürüb. Həmin gün keçirilən əməliyyat nəticəsində terrorçuların 4 hərbi zirehli texnikası da sıradan çıxarılıb.
 
Suriya üzrə atəşkəs razılığı fevral ayının 22-də Rusiya və Amerika Birləşmiş Ştatları arasında aparılan danışıqlardan sonra əldə olunub.  Moskva və Vaşinqtonun birgə bəyanatda qeyd olunur ki, atəşkəs razılığı Rusiyada və dünyanın müxtəlif ölkələrində terrorçu qruplaşma kimi tanınan İŞİD və "Əl-Qaidə" terror təşkilatının bir qolu olan "Ən-Nusra Cəbhəsi"nə qarşı qüvvədə deyil.

Suriyada atəşkəs fevralın 27-dən qüvvəyə minsə də bu günə kimi ölkədə aparılan hərbi əməliyyatlar zamanı terrorçularla yanaşı dinc sakinlər də həyatını itirir.








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb