Suriyada İŞİD-in "qəssab"ı öldürülüb

13:00 | 03.07.2017
Suriyada İŞİD-in

Suriyada İŞİD-in "qəssab"ı öldürülüb

Suriyada İŞİD terror qruplaşmasının liderlərindən olan kosovalı Lavdrim Muhadceri məhv edilib.
 
APA-nın Yunanıstanın pronews.gr saytına istinadən verdiyi məlumata görə, terror qruplaşmasının "qəssabı" kimi tanınan Muhadceri İdlib regionunda Rusiya Hava Kosmik Qüvvələri ilə Suriyanın "Tiger” dəstəsinin həyata keçirdiyi birgə əməliyyat zamanı zərərsizləşdirilib. Əməliyyat zamanı onun 20 şəxsi mühafizəçisindən altısı da öldürülüb.
 
"Əbu Abdulla Əl-Kosova" ləqəbli Lavdrim Muhadcerinin öldürülməsi barədə əvvəllər də bir neçə dəfə məlumat yayılıb. 
 
ABŞ Dövlət Departamenti 2014-cü ildə onun adını terrorçular siyahısına salıb.
 
Qeyd edək ki, bir müddət əvvəl İŞİD-in rəhbəri Əbu Bəkr əl-Bağdadinin də öldürüldüyü barədə məlumatlar yayılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM